Qobustan şəhərində Gənclər Mərkəzində 18 oktyabr “Milli Müstəqillik günü” və “Şəhər günü”nə həsr olunmuş tədbir keçirildi.
23.10.2016-cı il tarixdə Qobustan şəhərində Gənclər Mərkəzində 18 oktyabr “Milli Müstəqillik günü” və “Şəhər günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov cənabları açaraq Azərbaycan Respublikasının müstəqillik tarixi haqqında geniş məlumat verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Qobustan rayonuna olan tarixi səfərləri və bu səfərlərdən sonra rayonda gedən sürətli abadlıq və quruculuq işlərindən geniş bəhs etdi.
Tədbir Qobustan rayon Mədəniyyət və Turizm şöbəsinin təşkil etdiyi geniş konsert proqramı ilə davam etdirildi. Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında bir-birindən gözəl nəğmələr dinləyicilərdə gözəl əhval-ruhiyyə yaratdı.Respublikanın Əməkdar Artisti Elnarə Abdullayevanın,Ustad aşıq Abbas Musaxanoğlunun,tanınmış müğənni Eldəniz Məmmədovun,Rəvan Şahverdiyevin,Fikrət Əsədovun,Mətanət Kərimlinin,Nurlan Gülmalıyevin,Aşıq Xəyal Niftəliyevin ifaları dinləyicilər tərəfindən hərarətlə qarşılandı.