Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda “Azərbaycan tolerantlıq mühiti dünyaya nümunə kimi” adlı dini maarifləndirici tədbir keçirilib.

28 oktyabr 2016 | 16:00

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Azərbaycan tolerantlıq mühiti dünyaya nümunə kimi” adlı dini maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şəhriyar Soltan, dini icmanın sədri Çingiz Babaşov, rayonun mədəniyyət işçiləri iştirak ediblər. Çıxışlar zamanı Azərbaycandakı tolerant mühitdən, ölkəmizdəki dini konfessiyaların birgəyaşayış prinsipləri barədə geniş məlumat verilib. Bildirilib ki, tarixən mövcud olmuş və bu gün də davam edən tolerantlıq ənənələrimizin dəyərləndirilməsi, bu  dəyərlərimizə hörmətlə yanaşılması xüsusi önəm daşıyır və son dövrlərdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması tarixi tolerantlıq ənənələrimizin inkişafını təmin edir.
           Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər