Şriftin ölçüsü :

Saytın rəngi :

“ Beynəlxalq Kulinariya günü” münasibəti ilə Bakı şəhərində Beynəlxalq Çörək festivalı keçirildi.

20 oktyabr 2016 | 16:00

20  oktyabr 2016-cı il tarixdə “ Büynəlxalq Kulinariya  günü” münasibəti ilə Bakı şəhərində   Beynəlxalq Çörək  festivalı  keçirildi.  Çörək qədim zamanlardan xalqımızın sərvəti, bolluq və bərəkət  rəmzi sayılır. Azərbaycanda  çörəyə xüsusi  münasibət var.  Uşaqdan böyüyə hamı müqəddəs nemət kimi çörəyə böyük ehtiramla yanaşır. Ölkəmizdə çörəksiz süfrə təsəvvür etmək  mümkün deyil.
    Tədbirdə  Azərbaycanın 24 şəhər və rayonu ilə yanaşı Türkiyə, Qaxaxıstan, Özbəkistan  təmsilçiləri də yer alıblar.   Tədbirdə bölgələr və ölkələr üzrə ayrılmış stendlərdə hər bir yer üçün xarakterik olan  çörək və çörək məhsulları qonaqlara  təqdim olunub. Festivalda müxtəlif ölçüdə, çəkidə və dadda olan çörəklər, fəsəli, yağlı kökə, fətir,yuxa,  lavaş, bozlamac,  qutab, qoğal, şəkərbura, paxlava, şorqoqalı  və s. un məmulatlarından hazırlanan qida nümunələri təqdim olunub.
Festivalda  rayonumuzu  Qobustan rayon  Mərkəzi Kitabxananın bir qrup əməkdaşı təmsil  edib.  Təmsilçilərimiz tərəfindən rayonumuza xas  təndir çörəyi, yuxa, bozlamac,  fətir, kürə,  xərək  çörəyi, külçə, südçörəyi,  qatlama, pişi, qara çörək, paxlava, şəkərbura, badambura, şirin kətə, balqabaqlı, kələmli,  tərəvəzli qutablar  nümayiş etdirilib . Qonaqlara nümayiş etdirilən çörək məmulatları ilə əlaqədar məlumatlar  verildi.  Bu gün süfrəmizdə demək olar ki, görünməyən bozlamac geniş kütlənin marağına səbəb oldu. Bozlamacın , eləcə də bəzi çörək məmulatlarının necə  bişirilməsi  əməkdaşlarımız tərəfindən  məlumatlandırıldı.
Mərkəzi Kitabxananın  əməkdaşları Cəbrayılova Adilə, Ağayeva Xuraman, Şıxıyeva Nərminə, Ağaquliyeva Sevinc,  Mürsəliyeva Gülnarın fəallığını  xüsusu  ilə qeyd etmək lazımdır.
Tədbirin sonunda iştirak edənlərə diplomlar verilib. Sevindirici haldır ki, Qobustan  rayon təmsilçiləri  “  I Beynəlxalq Çörək festivalında “ qalibiyyətə görə təltif  edilib. Tədbirdə həmçinin  milli mətbəxin təbliğində fəal iştirak etmiş aşbazlara, kulinariyanın inkişafında göstərdiyi xüsusu xidmətlərinə  görə media nümayəndələrinə,  şirkətlərə diplomlar təqdim olunub.

 

Keçidlər