Qobustanda “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslamda vəhdət” adlı dini maarifləndirici tədbir keçirilib.
Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslamda vəhdət” adlı dini maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, dini icmanın sədri Çingiz Babaşov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər məscidlərimizdə vəhdət və birliyə çağırışlarla bağlı mütərəqqi təşəbbüslərdən söhbət açaraq İslamın sülh, qardaşlıq və tolerantlıq dini olmasını xüsusilə vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.