Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu İcra hakimiyyəti Hüquq şöbəsi və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları” aylığı çərçivəsində tədbir.

08 noyabr 2016 | 16:00

08 noyabr 2016-cı il tarixdə Qobustan şəhər 2 saylı tam orta məktəbin akt zalında Qobustan rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları” aylığı çərçivəsində “Yeniyetmə və gənclər arasında hüquq pozuntularının, zərərli vərdişlərin profilaktikası, dini radikalizmin təsirlərindən qorunması, erkən nikah və fəsadları” mözusunda müşavirə keçirilmişdir.
  Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov 2016-cı ilin möhtərəm Prezidentimiz tərəfindən "Multikulturalizm ili" elan edilməsi barədə, multikultural və milli-mənəvi dəyərlər, dini radikalizm və onun fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.Rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov son dövrlər yeniyetmə və gənclər arasında hüquq pozuntularının, zərərli vərdişlərin profilaktikası, dini radikalizmin təsirlərindən qorunması, erkən nikahların qarşısının alınması ilə bağlı görülmüş işlər haqqında danışaraq, bu məsələləri günümüzün ən vacib və diqqət mərkəzində olduğunu qeyd etmişdir. Qobustan rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin baş məsləhətçisi İ.Məmmədova çıxış edərək tədbir iştirakçılarına uşaq hüquqları, bu sahədə qəbul olunmuş Beynəlxalaq Konvensiyalar və qanunlar haqqında geniş məlumat vermiş, həmçinin erkən nikahların qəbul edılməz və acı fəsadlara səbəb olmasını vurğulamışdır.Tədbirdə Qobustan, şəhər 2 saylı tam orta məktəbin direktoru Ə.Abduləzizov, rayon Polis Şöbəsinin baş leytenantı E.Şirinov və başqaları çıxış edərək gənclərimizi zərəli vərdişlərdən, dini radikalizmdən uzaq olmağı, elmli, təhsilli, vətənpərvər olmağı, sağlam həyat tərzi keçirməyi tövsiyyə etmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər