Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyasında iştirak etdilər.

17 noyabr 2016 | 16:00

17.11.2016-cı il tarixdə Prezident İlham Əliyevin tapşırığına əsasən Qobustan ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib. Layihə üzrə tərtib olunan səfər proqramına əsasən noyabrın 17-də Qobustanın 30 məktəbindən 17 nəfərlik qrup Quba rayonuna yola salınıb. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.                 
   Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Təranə Güləliyeva Azərbaycanın bir parçası olan Quba rayonu, onun zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək tur-aksiyanın əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb. Qeyd olunub ki, səfər çərçivəsində şagirdlər Qubada Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olacaq, Quba Cümə məscidi,  Qırmızı Qəsəbə, Quba soyqırımı Memorial kompleksi, Quba Xalçaçılıq emalatxanası, Tağlı Körpu şəhərində olacaqlar.           Həmçinin şagirdlər Qubanın təbiəti ilə taniş olacaq, Xınalıq yolunda şəlalə,”Rixos”Quba mehmanxana kompleksi, Qolf meydançasını da ekskursiya edəcəklər. Şahdağ Qış-Yay Turizm Kompleksində olacaqlar. Şagirdlər  Nəzrə kəndində “Şeyx Cüneyd” türbəsini, eləcə də Heydər Əliyev Mərkəzini, Qusarın Tarix-Diyarşünaslıq muzeyini,Olimpiya idman Kompleksini, Rəsm  qalereyasını və Bayraq meydanından Qusar rayonunun panoramasını seyr edəcək, şəhərdə gəzəcəklər.  Geri qayıdarkən Xaçmazla da tanış olacaqlar. Səfər proqramının zəngin olduğunu söyləyən müşayiətçi-müəllim Aynur İsmayılova deyib: “Tur-aksiya çərçivəsində şagirdlər nəinki olacaqları rayonlar barədə ətraflı məlumatlandırılacaq, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub. Məktəbliləri 2 müşayiətçi-müəllim, 1 həkim müşayiət edir.
 
    Hər şeydən əvvəl uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq”.

Keçidlər