Cəyirli kənd əhalisi ilə görüş
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası Qobustan rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll olunmasında Rayon İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı icra başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul-görüşlərin də böyük əhəmiyyəti vardır.
Növbəti səyyar görüş 23 noyabr 2016-cı il tarixdə Cəyirli kəndində keçirildi. Səyyar qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri iştirak etdilər. Cəyirli kənd inzibati ərazi dairəsinin nümayəndəsi Rahib Mehdiyev əraziyə daxil olan kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı,əkin sahələrində hal-hazırda görülən işlər barədə məlumat verdi. Kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışdı, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırdı. Cəyirli kənd bələdiyyəsinin sədri Aynur İsmayılova , məktəbin direktoru Ağakərim Şirinov, kəndin axundu Bayram Bəşirov, Telekammunikasiya Qovşağının rəisi Bəhruz Aslanov çıxış edərək kəndin problemlərindən danışaraq təkliflərini bildirdilər.
Daha sonra söz kənd sakinlərinə verildi. Ümumrayon problemi olan gəmircilərə qarşı aparılan mübarizə ilə bağlı kənd ağsaqqalı Soltanəli Babayev qeyd etdi ki, bu mübarizə öz çörəyimizə sahib çıxmaq və öz gələcəyimizə sahib olmaq deməkdir. Çörəyi bol olan el basılmaz. Gəmiricilərə qarşı mübarizədə yerli icra və bələdiyyə işçiləri də həmişə əhalinin yanında olmuşdur .
Kənd sakınləri Baloğlanov Taleh , İbrəhimov Şirzad çıxış edərək RİH-nin başçısı cənab A.Məmmədova bu görüşə görə öz təşəkkürlərini bildirdilər .Cəyirli kənd İcra nümayəndəsinin müavini Əliyev Təbriz, mühasib Məcidov Sərvət çıxış edərək bildirdilər ki, 815 əkin sahələrinin sahibləri bu günə qədər pulsuz dərmanla təmin olunmuş və öz əkin sahələrində dərmanlama işləri aparmışlar ,bu gün də bu iş davam etdirlilir.
Görüşü yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qobustanlıların həmişə ulu öndərimizin ideyalarına sadiq olduqlarını, ölkə rəhbərinin ətrafında sıx birləşdiklərini bildirdi. İcra başçısı vurğuladı ki, rayonumuzda sahibkarlar, fermerlər, digər iş adamları üçün hər cür əlverişli şərait yaradılıb. Qarşımızda duran ən ciddi məsələlərdən biri kənd təsərrüfatını daha da inkişaf etdirilməsinə nail olmaq, ixrac yönümlü məhsulların istehsalını artırmaqdan ibarətdir. Qaldırılan məsələlərə münasibət bildirən başçı yerindəcə aidiyyəti idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verərək sabahdan icrası ilə şəxsən maraqlanacağını bildirdi. RİH-nin başçısı kəndin potensial imkanlarından səmərəli istifadə edilməsini, əhali ilə tələb olunan səviyyədə sıx işlənməsini tapşırdı. Xüsusilə taxılçılığın inkişaf etdirilməsinin vacibliyindən danışan rayon rəhbəri,- “Niyə görə bu sahənin inkişafı üçün münbit şərait olduğu halda respublikamıza taxıl məhsulları xaricdən gəlməlidir. Mən cəsarətlə deyirəm ki, biz əl-ələ verib işimizi möhkəm qursaq, vaxtında əkin sahələrinə yemləmə gübrələri versək, alaqdan təmizləsək, ziyanvericidən qorusaq qısa zaman ərzində böyük nailiyyətlər əldə edərik. Çörək öz təndirimizdə, öz istehsal etdiyimiz undan bişməlidir!”- deyərək ciddi həyəcan təbili çaldı. Kənddə mövcud olan iri taxılçılıq təsərrüfatlarının işini yaxşı qurmamasından, ziyanvericilərə qarşı mübarizənin mütəşəkkil olmamasına görə məsələlərə ciddi yanaşılmasını tələb etdi