Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr 2025 - ci il tarixdə Qobustan rayon İcra Hakimiyyəti və YAP Qobustan rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili " çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyaşar Lider " mövzusunda tədbir keçirilmişdir.

12 dekabr 2025 | 14:45

12 dekabr 2025 - ci il tarixdə Qobustan rayon İcra Hakimiyyəti və YAP Qobustan rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili " çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyaşar Lider " mövzusunda tədbir keçirilmişdir.

Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Rayon Ağsaqqalları, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak edirdilər.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə tər çiçək  dəstələri qoydular.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş eksponatlarla və xatirə şəkilləri ilə tanış olmuş,qısametrajlı filmə baxmışlar.Daha sonra mərkəzin akt zalında "Əbədiyaşar Lider" mövzusunda tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə əvvəlcə məruzə ilə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov çıxış etmişdir. Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov geniş yekun məruzəsi ilə çıxış etmişdir.
Tədbir yekunlaşdıqdan sonra  Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ehsan süfrəsi verilmişdir.

Keçidlər