Şriftin ölçüsü :

Saytın rəngi :

12 yanvar 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Rayon Gənclər Evində "Himayədar ailə” mövzusunda maarifləndirici tədbir keçirildi.

12 yanvar 2026 | 17:50

12 yanvar 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Rayon Gənclər Evində "Himayədar ailə” mövzusunda maarifləndirici tədbir keçirildi.

     Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Təranə Güləliyeva çıxış edərək bildirdi ki, hər bir uşaq ailə mühitində böyümək, sevgi və qayğı görmək hüququna malikdir. Təəssüf ki, müxtəlif səbəblərdən bəzi uşaqlar bu hüquqdan məhrum olur və uzun müddət dövlət müəssisələrində yaşamalı olurlar. Məhz bu nöqtədə himayədar ailə modeli uşaqlar üçün real və təsirli alternativ qayğı forması kimi çıxış edir. Himayədar ailə modeli valideyn himayəsindən məhrum olmuş uşaqların müvəqqəti və ya uzunmüddətli əsasda dövlət tərəfindən seçilmiş ailələrin yanına yerləşdirilməsini nəzərdə tutur.

     Daha sonra Qobustan Rayon İcra Hakimiyyətinin Hüquq sektorunun müdiri Aytən Əhmədova çıxış edərək himayədar ailə modelinin uşağın emosional təhlükəsizliyinin və sağlam inkişafının əsas dayaqlarından biri olduğunu bildirdi. O qeyd etdi ki, sevgi və stabil ailə mühiti uşaqda özünəinam və güvən hissini formalaşdırır. Davamlı dəstək alan uşaqlar gələcəkdə daha sağlam münasibətlər qurmağa meyilli olurlar.

     Tədbir zamanı mövzu ilə bağlı geniş müzakirələr aparılmış, məktəb psixoloqları çıxış etmiş, daha sonra iştirakçıların fikir və təklifləri dinlənilmişdir. Qarşılıqlı fikir mübadiləsi şəraitində himayədar ailə modelinin əhəmiyyəti bir daha vurğulanmış, bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.

     Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, himayədar ailə sahəsində görülən işlərin davamlılığı və bu istiqamətdə gələcək addımlar barədə fikir mübadiləsi aparılmışdır. Sonda mövzu ilə bağlı videoçarx izlənilmişdir.

Keçidlər