12.09.2025-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində XTQ giziri Azərbaycan Bayrağı ordenli Şəhid Qocayev Vadim Alik oğlunun ildönümü qeyd edilmişdir.
12.09.2025-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində XTQ giziri Azərbaycan Bayrağı ordenli Şəhid Qocayev Vadim Alik oğlunun ildönümü qeyd edilmişdir.Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Şəhidin məzarı ziyarət edilmiş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
Vadim Qocayev 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olmuşdur. Ailəli idi,Bir qızı var.
Vadim Qocayev 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşmışdır.
Vadim Qocayev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuşdur.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Şəhidin atasının da məzarı ziyarət olunaraq üzərinə tər gül dəstələri qoyulmuşdur.






