12.09.2026-cı il tarixində Qobustan rayonunun Sündü kəndində Vətən müharibəsi şəhidi, XTQ giziri, Azərbaycan Bayrağı ordenli Vadim Alik oğlu Qocayevin anım günü qeyd olunub.
12 sentyabr 2026 | 12:15
12.09.2026-cı il tarixində Qobustan rayonunun Sündü kəndində Vətən müharibəsi şəhidi, XTQ giziri, Azərbaycan Bayrağı ordenli Vadim Alik oğlu Qocayevin anım günü qeyd olunub.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhid Vadim Qocayevin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Vadim Alik oğlu Qocayev 10 yanvar 1997-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olub. Ailəli idi, bir qızı və bir oğlu var.
Vadim Qocayev 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.
O, 12 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Vadim Qocayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Anım günü çərçivəsində şəhidin atasının da məzarı ziyarət olunub, məzarı üzərinə tər gül dəstələri qoyulub.