12.11.2024-cü il tarixdə Qobustan rayonu Sündü kəndində Vətən müharibəsi Şəhidi Quliyev Həsən Yalçın oğlunun anım günü tədbiri
12 noyabr 2024 | 14:01
12.11.2024-cü il tarixdə Qobustan rayonu Sündü kəndində Vətən müharibəsi Şəhidi Quliyev Həsən Yalçın oğlunun anım günü tədbiri keçirilib.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Millət vəkili Şahin Seyidzadə, Hüquq mühafizə orqanlarının rəhbərləri, Qobustan RİH - nin əməkdaşları, Şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Şəhidin məzarı önünə gül dəstələri qoyub.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Vətən Müharibəsində qazanılan tarixi zəfərin önəmini qeyd etmişdir.