Şriftin ölçüsü :

Saytın rəngi :

Çuxanlı kənd sakinləri ilə görüş

01 dekabr 2016 | 16:00

01.12.2016-cı il tarixdə Qobustan rayon İcra hakimiyyətinin    başçısı  cənab   Adil   Məmmədovun   Çuxanlı  kənd  sakinləri ilə  görüşü   keçirildi. Səyyar qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri iştirak etdilər.
      Təklə  kənd inzibati ərazi dairəsinin    nümayəndəsi    Fazil Müslümov çıxış edərək, tədbir  iştirakçılarını salamladıqdan   sonra  Çuxanlı   kəndi  haqqında məlumat   verdi. Qeyd   etdi   ki , Çuxanlı    kəndində  statistik  məlumata   görə 947 nəfər   əhali   yaşayır.Kəndin   ümumi   sahəsi   641 ha , əkinə   yararlı   sahə isə  267 ha –dır. Əkinə   yararlı   sahələrin   106 ha-da    buğda , 120  ha-da   isə arpa     əkilmişdir. Ümumiyyətlə     əhali      əkinçilik     və    heyvandarlıqla məşğuldur. Kənddə   323    baş    qaramal , 495   baş   davar  və 1341  ev quşları saxlanılır. Kənddə   4  şəhid   ailəsi,  1 Qarabağ  müharibəsi  əlili, 8 nəfər Qarabağ müharibəsi  veteranı var.Təklə kənd   bələdiyyəsinin    sədri    Teyfur Əmrahov     çıxış     edərək ziyanvericilərə    qarşı   aparılan  mübarizədən    danışdı. O , qeyd    etdi    ki,  dövlətimiz    tərəfindən    təmənnasız    verilən    dərmanlar    sakinlərə  vaxtında çatdırıldığı     üçün    hal-hazırda     əkin    sahələrində    həmin    ziyanvericilər    yox     dərəcəsindədir.
    Kənd   ağsaqqalı    Heybət    Qurbanov    söz    alaraq     Çuxanlı  kəndinin  ən müasir   kənd   nümunəsi   olduğunu    diqqətə    çatdırdı. O, Qobustan    RİH-nin başçısı cənab     Adil    Məmmədovun    dəstəyi   ilə   xanəndə   Elnarə Abdullayevanın   kəndin    bütün    evlərinə    su  çəkdirməsini  dövlət rəhbərimizin   respublika    sakinlərinə   yaratdığı    şəraitlə    əlaqələndirdi.  Heybət    Qurbanov RİH-nin  başçısı cənab Adil Məmmədovdan     kəndarası      yolların     abadlaşmasına     köməklik   göstərməsini    xahiş   etdi.
     Kənd     sakinlərindən    Abdullayev    Asim   və    Maqsudov    Şahin   çıxış edərək kreditlərin    verilməsində , Ələkbərov    Mahir     həyətyanı      torpaq sahələrinin      sənədləşməsində ,  Həşimov    Eldəniz    ən    müasir     tələblərə cavab    verən    və    kəndin    içərisindən    keçən    avtomobil    yolunda    yol nişanlarının     qoyulmasında  lazımi     köməklik     göstərilməsini  xahiş etdilər.
        Çuxanlı    kənd     tam    orta     məktəbinin    direktoru   Əmirağa    Eyyubov qeyd  etdi ki ,   bu     gün       səslənən    “ Müasir    Azərbaycan    Heydər    Əliyevin    Şah   əsəridir ”   ifadəsi     müasir    dövrün    reallığını    əks     etdirən danılmaz    bir   həqiqətdir. Ulu    Öndərimizin    bizə    bəxş    etdiyi    Müstəqil Azərbaycanı     göz    bəbəyi    kimi    qoruyub    saxlamaq , inkişaf    etdirmək bütün     azərbaycanlılar    kimi    təhsil    sahəsində   çalışan    pedaqoji    işçilərin də    əsas    vəzifələrindən      biridir.   Bu     gün     Çuxanlı    kəndi    mən   deyərdim ki, dünyada    ən   müasir   kəndlərdən   biridir.  Bütün    bu   uğurlara   görə    ölkə rəhbərimiz    İlham    Əliyev    cənablarına  ,Qobustan    rayon     İcra hakimiyyətinin    başçısı cənab    Adil     Məmmədova    bütün    kənd   əhalisi    və ziyalılar    adından     minnətdarlığımızı     bildirir    və     söz     veririk  ki, Müstəqil Respublikamızın   günü-gündən   çiçəklənməsi  üçün var qüvvəmizlə çalışacağıq.
       Qobustan   rayon   Polis    Şöbəsini   rəisi   polis    polkovnik-leytenentı  Etibar Babayev    çıxışında    əsrin    bəlası  olan  Narkomaniya   və    Dini    radikalizm haqqında    tədbir     iştirakçılarına    qarşıda   duran     vəzifələrdən    danışdı.
      Tədbirin    sonunda     Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab  Adıl Məmmədov ətraflı çıxış etdi. Qaldırılan məsələlərə münasibət bildirən başçı yerindəcə aidiyyəti idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verərək sabahdan icrası ilə şəxsən maraqlanacağını bildirdi.  RİH-nin başçısı kəndin potensial imkanlarından səmərəli istifadə edilməsini, əhali ilə tələb olunan səviyyədə sıx işlənməsini tapşırdı. Xüsusilə taxılçılığın inkişaf etdirilməsinin vacibliyindən, qarşıda duran vəzifələrdən,əkin sahələrinin vəziyyətindən, ziyanvericilərlə mübarizənin nece getməyindən danışdı.Cənab Adil Məmmədov qeyd etdi ki, gəlin çörəyimizi ziyanvericilərə verməyək,torpağımızın qədrini bilək.  Bütün Çuxanlı əhalisi əl-ələ verib qarşıya qoyulan məsələlərin öhdəsindən   gəlməlidir. 
     Başçı çıxışının sonunda qaz və işıq tariflərinə də toxundu.  Belə ki, Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq..
"Azərişıq” ASC-nin məlumatına görə əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Bu baxımdan diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq. Gəlin qaz və işığa qənaət edək.

Keçidlər