Şriftin ölçüsü :

Saytın rəngi :

"Dini radikalizm və onun fəsadları" mövzusunda dini maarifləndirici tədbir

14 dekabr 2016 | 16:00

Dekabrın 14-də Qobustan Rayon Mərkəzi Xəstəxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şamaxı regional şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda dini maarifləndirici tədbir keçirilib.
           Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Vüsal Məhərrəmov, Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Zaur Tağıyev,  Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn və rayon səhiyyə işçilərinin nümayəndələri iştirak ediblər.
           Tədbiri giriş sözü ilə açan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
           Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışaraq İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs edib.
           Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxış edərək radikal dini cərəyanların yaranması, təbliğat metodları haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
          Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb

\

Keçidlər