Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir

20 dekabr 2016 | 16:00

Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qobustan RİH-nin təşkilatçılığı ilə  Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.            
          Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Dinşunaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Şamaxı bölgəsi üzrə şöbənin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Cavid Əhmədov, “Qobustan” qəzətinin baş redaktoru Lalə Maqsudova, dini icmanın sədri Çingiz Babaşov, dini icma üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışılıb. Milli-mənəvi dəyərlərimiz və ənənəvi dindarlığın əhəmiyyəti, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də milli-mənəvi dəyərlərimizə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olması xüsusi qeyd olunub.
          Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
           Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər