13 may 2025-ci il tarixində Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan Gənclər Evinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü” ilə bağlı “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir
13 may 2025-ci il tarixində Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan Gənclər Evinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü” ilə bağlı “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirildi.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva, Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rəşad Məmmədov, Qobustan Gənclər Evinin direktoru Əlibaba Məlikli Qobustan rayonundan muəllim kollektivi və şagirdlər iştirak etdilər.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva çıxış edərək bildirdi ki, sağlam ətraf mühit və sağlam həyat tərzi insan sağlamlığının və rifahının əsas şərtləridir. Təmiz hava, təmiz su və yaşıl təbiət insanların fiziki və psixoloji sağlamlığına müsbət təsir göstərir. Həyat tərzində düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və zərərli vərdişlərdən uzaq durmaq sağlamlığı qoruyur. Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə, həmçinin gələcək nəsillər üçün daha yaşanaqlı dünya qurmaqda mühüm rol oynayır.
Tədbir diskussiya formasında davam etdirildi. Sonda “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda videoçarx izlənildi.