Şriftin ölçüsü :

Saytın rəngi :

13 oktyabr 2026-cı il tarixdə Sündü kəndində Vətən müharibəsi şəhidi Qaçayev Röyal Fərman oğlunun anım günü tədbiri keçirilmişdir.

13 oktyabr 2026 | 15:06

   13.10.2026-cı il tarixdə Sündü  kəndində Vətən müharibəsi şəhidi Qaçayev Röyal Fərman oğlunun anım günü tədbiri keçirilmişdir.

   Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov , YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan RİHBA-nın əməkdaşları,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri və Sündü  kənd sakinləri iştirak etmişlər. Tədbir zamanı şəhid Qaçayev Röyal Fərman oğlunun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuşdur.

  Şəhid Qaçayev Röyal Fərman oğlu 05.01.2002-ci ildə Qobustan rayonunda dünyaya gəlib.
  Azərbaycan Ordusunun əsgəri  olan Qaçayev Röyal   2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşan yaşayış məntəqələrnin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib. 14 Oktyabr 2020-ci ildə Suqovuşan  uğrunda gedən döyüşlərdə şəhid olub.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
  Suqovuşanın   işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qaçayev Röyal Fərman oğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər