Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş Günü qeyd edildi

16 iyun 2011 | 15:00

15 iyun Milli Qurtuluş Gününün qeyd edilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin tədbirlər planı tərtib edilmişdir. Tədbirlər planına əsasən Milli Qurtuluş Gününə kimi rayonun mərkəzi küçələrində, magistral yolun rayon ərazisindən keçən hissəsi boyu təmizlik işləri aparılmış, digər yaşayış məntəqələrində abadlıq, səliqə-sahman işləri görülmüş, əkilmiş ağaclar sulanmış, yaşıllıqlara qulluq edilmişdir, şəhərin mərkəzi küçələrində Dövlət bayrağı qaldırılmışdır. 14 iyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün rayonda inşa etdiyi 16 mənzilli yaşayış binasının açılışı keçirildi. Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov və Rayon İcra Hakimiyyətininn başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyaraq əbədiyaşar Liderin xatirəsini yad etdilər. Daha sonra yeni mənzil alan əlil və şəhid ailələri ilə görüş keçirildi. Rayon mədəniyyət evləri, klub və kitabxanalarda Milli Qurtuluş Gününə həsr olunmuş kitab sərgisi və fotostendlərin nümayişi, tədbirlərin keçirilməsi təşkil edilmişdir. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda Milli Qurtuluş Gününə həsr olunmuş Cüdo üzrə 16 komandanın iştirakı ilə rayonlararası turnir keçirilmişdir. Heydər Əliyev Muzeyi, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Qobustan rayon bürosu “ 15 iyun – müasir Azərbaycan tarixinin dönüş nöqtəsi, Milli Qurtuluş Günü” mövzusunda elmi-praktiki konfrans keçirilmiş, rayon sakinləri, ziyalılar konfransda yaxından iştirak etmişlər. Qobustan Rayon İcra hakmiyyəti Başçısı Aparatı, rayonun bütün idarə və təşkilatları və eyni zamanda rayon sakinləri Milli Qurtuluş Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşdur. Rayon ictimaiyyətinin Heydər Əliyev müzeyinə ekskursiyası və Ulu Öndərə həsr olunmuş filmlərə baxması təşkil edilmişdir. Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab A.M.Məmmədov geniş şəkildə məruzə etmişdir. Tədbirin iştirakçılarına C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Soyqırımı abidəsinin dastanı” tamaşası təqdim olunmuş, rayon mədəniyyət kollektivlərinin iştirakı ilə konsert keçirilmişdir.

Keçidlər