Qobustan rayonunda 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbiri keçirildi
25 dekabrdan başlayaraq Qobustan rayonundakı məktəblərdə, uşaq bağçalarında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir. Belə tədbirlərdən biri də Gənclər Mərkəzində keçirilən təntənəli tədbir oldu.
Tədbirdə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının kollektivləri və rayon əhalisi iştirak etdilər. Rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərov tədbirdə çıxış edərək ötən 2016-ci ildə rayonumuzda aparılan sosial-iqtisadi inkişafdan danışdı, qarşıdakı 2017-cı ildə görüləcək işlər barədə ətraflı məlumat verdi..M.Əkbərov vurğuladı ki, bu inkişaf Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir. M.Əkbərov bütün qobustaqnlıları 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.
Rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər,ifalar səsləndirildi.Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu. Rayonda hər il olduğu kimi bu il də yeni il tədbirləri mütəmadi olaraq dekabr ayının sonunadək hər gün keçirilmiş və yeni il hədiyyələri paylanmışdır.