Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbşalbaş kənd əhalisi ilə görüş.

25 yanvar 2017 | 16:00

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işi Qobustan rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətini təşkil edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll olunmasında Rayon  İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı icra başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul-görüşlərin də böyük əhəmiyyəti vardır.
          Növbəti səyyar görüş 25 yanvar  2017-cı il tarixdə  Ərəbşalbaş   kəndindi keçirildi. Səyyar qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri iştirak etdilər. Ərəbşalbaş   kənd inzibati ərazi dairəsinin nümayəndəsi Solmaz Mehralıyeva  əraziyə daxil olan kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı, əkin sahələrində hal-hazırda görülən işlər ,əhalinin  bu günə qədər pulsuz dərmanla təmin olunması və öz əkin sahələrində dərmanlama işlərinin yüksək səviyyədə  aparmasından ,bu gün də bu iş davam etdirildiy barədə məlumat verdi. Kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışdı, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırdı. Ərəbşalbaş kənd bələdiyyəsinin sədri Ramiz Rəhmanov,   məktəbin direktoru Elçin Orucov ,  çıxış edərək kəndin problemlərindən danışaraq təkliflərini bildirdilər. Daha sonra söz kənd sakinlərinə verildi.
         Kənd sakıni Bayramov Mətləb  çıxış edərək  RİH-nin başçısı cənab Adil Məmmədova  bu görüşə görə öz təşəkkürünü  bildirdi. O, qeyd etdi ki, gəmiricilərə qarşı mübarizədə yerli icra və bələdiyyə işçiləri də həmişə əhalinin yanında olmuşdur .
        Görüşü yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qobustanlıların həmişə ulu öndərimizin ideyalarına sadiq olduqlarını, ölkə rəhbərinin ətrafında sıx birləşdiklərini bildirdi. İcra  başçısı vurğuladı ki, rayonumuzda sahibkarlar, fermerlər, digər iş adamları üçün hər cür əlverişli şərait yaradılıb.  Qarşımızda duran ən ciddi məsələlərdən biri kənd təsərrüfatını daha da inkişaf etdirilməsinə nail olmaqdır.
      Qaldırılan məsələlərə münasibət bildirən başçı yerindəcə aidiyyəti idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verdi. RİH-nin başçısı kəndin potensial imkanlarından səmərəli istifadə edilməsini, əhali ilə tələb olunan səviyyədə sıx işlənməsini tapşırdı. Xüsusilə taxılçılığın inkişaf etdirilməsinin vacibliyindən danışan rayon rəhbəri,- “Niyə görə bu sahənin inkişafı üçün münbit şərait olduğu halda respublikamıza taxıl məhsulları xaricdən gəlməlidir. Mən cəsarətlə deyirəm ki, biz əl-ələ verib işimizi möhkəm qursaq qısa zaman ərzində böyük nailiyyətlər əldə edərik. ziyanvericilərə qarşı mübarizənin mütəşəkkil olmamasına görə məsələlərə ciddi yanaşılmasını tələb etdi.

 

Keçidlər