Şriftin ölçüsü :

Saytın rəngi :

2016-ci il “Multikulturalizm İli”-in yekunları və qarşıda duran vəzifələr

25 yanvar 2017 | 16:00

Yanvarın 25-də Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icma sədrlərinin, imam və axundların iştirakı ilə 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
          Tədbirdə Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik Bölməsinin rəisi Dəyanət Rəcəbov, yerli icra nümayəndələri,məktəb direktorları, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.
           Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov rayondakı dini durumu təhlil edərək bildirib ki, 2016-ci ilin “Multikulturalizm İli" elan edilməsi bu sahədə həyata keçirlən tədbirlərin əhəmiyətini artırıb. O, il ərzində əldə edilən uğurlarla yanaşı bu sahədə hələ də problemlərin mövcud olduğunu qeyd edib və bu problemlərin həlində tədbir iştirakçılarının hər birinin məsuliyyətindən danışıb. A.Şikarov, həmçinin , 2017-ci ilin Respublika Prezidenti tərəfindən "İslam Həmrəyliyi İli" elan edilməsindən , İslam həmrəylinin mahiyətindən və bu sahədə görüləcək işlər barədə tədbir iştirakçilarina ətraflı məlumat verdi.
            DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli məruzəsində Dövlət Komitəsinin 2016-cı ildə gördüyü işlər, eləcə də növbəti ildə qarşıda duran vəzifələr, 2017-ci ilin möhtərəm Prezidentimiz tərəfindən “İslam həmrəyliyi ili” elan edilməsi, o cümlədən bölgədəki dini durum, əldə edilən nailiyyətlər və nöqsanlar barədə danışıb.
           Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dini fəaliyyətlə məşğul olan şəxslərin rayonda dini durumun sabitliyinin qorunması sahəsində daha effektiv və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edərək Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarının yerinə yetirilməsi məsələlərini xüsusi diqqətə çatdırıb.
         Daha sonra ayrı-ayrı dini icmaların sədrlərinin, imam və axundların çıxışları dinlənilib, sualları cavablandırılıb

Keçidlər