Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Qobustan şəhərində gənclərin iştirakı ilə 2 Fevral - Gənclər Gününə həsr edilmiş bayram tədbiri keçirilib.

01 fevral 2017 | 16:00

Tədbirdə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan, ali, orta ixtisas məkətəblərində təhsil alan fəal qobustanlı gənclər iştirak edib. Tədbirin keçirilməsində məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər Gününü qeyd etmək, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, rayonun sosial-iqtisadi, mədəniyyət, idman, təhsil və digər sahələrdə fərqlənmiş gənclərin mükafatlandırılması və onları geniş ictimaiyyətə təqdim etməkdir.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin müavinləri Məharət Əkbərov, Təranə Güləliyeva, YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev, Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, rayon İH-nin məsul işçiləri A.Şikarov və E.Mikayılov, respublikanın Əməkdar məşqçisi Ş.Səfərov, fəal gənclərdən Ş.Güləliyev, F.Niftullayev və başqaları çıxış edərək, respublikamızda, eləcə də rayonumuzda uğurla həyata keçirilən gənclər siyasəti haqqında məlumat verərək, qobustanlı gənclərin əldə etdiyi nailiyyətləri qeyd etdilər, onlar qarşısında duran vəzifələrdən danışdılar. Daha sonra 2016-cı ildə fərqlənən gənclər Qobustan rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələrlə təltif edildilər. Tədbir konsert proqramı ilə davam etdi.

Keçidlər