Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”

14 iyul 2023 | 14:50

  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Bu gün Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi gündür.Azərbaycan xalqı haqlı olaraq 14 iyul gününü müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün kimi dəyərləndirir. Ulu Öndərin Azərbaycanda birinci siyasi hakimiyyət dövrü  1969-1982-ci illəri əhatə edir. Bu gün biz bir daha həmin dövrə nəzər salacaq, Ulu Öndərimizin titanik fəaliyyətini yada salacağıq.

       Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

      XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi.

Keçidlər