Şriftin ölçüsü :

Saytın rəngi :

14 noyabr 2025-ci il tarixində “20 oktyabr-20 noyabr Uşaq hüquqları aylığı” çərçivəsində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.

14 noyabr 2025 | 17:34
14 noyabr 2025-ci il tarixində “20 oktyabr-20 noyabr Uşaq hüquqları aylığı” çərçivəsində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva, Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rəşad Məmmədov, Qobustan Gənclər Evinin direktoru Əlibaba Məlikli, Qobustan rayonundan müəllim kollektivi və şagirdlər iştirak etdilər.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva çıxış edərək bildirdi ki, uşaqlar cəmiyyətin gələcəyidir. Onların sağlam, xoşbəxt və təhlükəsiz böyüməsi hər bir ölkənin inkişafı üçün əsas şərtlərdəndir. Uşaq hüquqları uşaqların təhsil almaq, yaşamaq, qorunmaq, fikir bildirmək və sevgi görmək kimi əsas insani hüquqlarını əhatə edir. Bu hüquqlar Birləşmiş Millətlər Təşkilatının 1989-cu ildə qəbul etdiyi “Uşaq Hüquqları Haqında Konvensiya” ilə bütün dünyada təsbit olunmuşdur.
Hər bir uşaq irqindən, dilindən, dinindən və ya sosial vəziyyətindən asılı olmayaraq eyni hüquqlara malikdir. Uşaqların ən vacib hüquqlarından biri təhsil almaqdır. Təhsil uşaqlara gələcəkdə öz həyatlarını qurmaq, cəmiyyətə faydalı insan olmaq imkanı yaradır. Bununla yanaşı, uşaqlar zorakılıqdan, istismardan və məcburi əməyə cəlb olunmaqdan qorunmalıdırlar. Onların təhlükəsiz mühitdə yaşamaq və azad şəkildə fikirlərini ifadə etmək hüquqları var.
Tədbirdə Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rəşad Məmmədov, Qobustan Gənclər Evinin direktoru Əlibaba Məlikli, Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkimi Qəhrəmanlı Xəyalə, Qobustan rayonundan müəllimlər çıxış edərək uşaq hüquqlarından danışmış, narkomoniyanın və erkən nikahın fəsadlarından bəhs etmişlər, şagirdləri maraqlandıran sualları cavablandırmışlar.
Tədbir diskussiya formasında davam etdirildi. Sonda “Uşaq Hüquqları” və “Erkən nikah cinayətdir” mövzusunda videoçarx izlənildi.
 
 
 
 
 
 
Keçidlər