Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda abadlıq və quruculuq işləri davam etdirilir

16 iyun 2011 | 15:00

Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əlıiyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz günü-gündən çiçəklənir, qüdrətlənir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün müasir tələblərlə tam səsləşərək davam etdirilir. Ölkə başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və dəqiq yerinə yetirilməsi üçün bütün lazımı tədbirlər yüksək səviyyədə həyata keçirilir. 2009-cu ilin aprel ayının 14-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “ 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci mərhələsi respublikanın bütün bölgələrində uğurla icra edilir. “2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qobustan rayonunda da xeyli sayda işlər görlmüşdür. Qədim tarixə, əlverişli coğrafi mövqeyə malik rayonlardan biri olan Qobustan günü-gündən göpzəlləşir, abadlaşır. Xüsusən son vaxtlar aparılan məqsədyönlü siyasətin nəticəsində qısa vaxt ərzində Qobustan rayonunda xeyli iş görülmüşdür. Qobustan şəhərində, qəsəbə və kəndlərdə, magistaral yolların kənarlarında, küçə və meydanlarda, parklarda, ictimai yaşayış binalarının həyətlərində təmizlik, abadlıq, səliqə-sahman işləri aparılır, yaşayış və ictimai binaların dam örtüyü, fasad hissələri rənglənir, yeni yaşılllıqlar salınır. Rayon İcra Hakimiyyəti rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən bu kütləvi tədbirdə bütün idarə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri yaxından iştirak edirlər. Şəhərin köhnə Nərimankənd yaşayış massivində Bakı-Qazax magistral yolunun kənarındakı hissələrdə 3500 kv.m suvaq işi görülmüş, 550 kv.m daş hasar hörülmüş, yol kənarı divarların rənglənməsi işi aparılmışdır. Şəhərin yol kənarı hissələrində torpaq sahələri şumlanmış, yeni yaşıllıqların salınması üçün hazır vəziyyətə gətirilmişdir. Qobustan şəhər ərazisində iməciliklər təşkil edilir, küçələr səliqə sahmana salınır. Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində başdan başa gül-çiçək əkilib, divarlar rənglənmiş, ağacların gövdə hissəsi əhənglənmiş, 2 ha ərazidə yonca əkilmişdir. Prospekt boyu küçə işıqlandırma sistemi təmir edilir və gündəlik nəzarətdə saxlanır. Heydər Əliyev prospektinin, Bakı-Qazax avtomobil yolundfan başlayaraq “Diri Baba” türbəsi istiqamətindəki hissələrində 250 m. bardür dəyişdirilərək rənglənmişdir. Həmin hissədəki 1100 metr uzunluqda mövcud yaşıllıq zolağına münbit torpaq əlavə edilmiş, üzvi gübrə səpilmiş 100 ədəd konusvari yolka və qazon əkilmişdir. Milli Qəhrəman Şikar Şikarovun adını daşıyan küçəyə asvalt örtüyü vurulub, alaq otları təmizlənib, həyətlərin qarşısında gül-çiçək əkilmişdir. Prezident İlham Əliyevin kənd təsərrüfatına xüsusi diqqət yetirməsi aqrar rayonu olan Qobustanda canlanmaya səbəb olmuşdur. Qobustan bu gün aqrar rayonu kimi inkişafa qədəm qoyur. Qədim əkinçilik və heyvandarlıq ənənələri olan rayonda aqrar sahədə müəyyən işlər görülməyə başlanmışdır. Yeni İcra başçısının tapşırığı ilə ləğv edilmiş üzüm sahələrinin bərpası planı işlənib hazırlanır. Son günlər bütün Qobustan rayon əhalisinin sevincinə səbəb olan Təsi-Bədəlli-Qobustan su xəttinin çəkilişi sürətlə davam etdirilir. Artıq Təsi və Bədəlli kəndləri tam su ehtiyacı ilə təmin edilmiş, bütün yaşayış evlərinə su xətti çəkilmiş və sayğaclaşdırılmışdır. Ümumilikdə bu layihə Qobustan rayonunun ciddi su problemi olan Təsi, Bədəlli, Sədəf, Cəmcəmli, Ərəbqədim, Göydərə, Dərəkənd kəndlərini və Qobustan şəhərini əhatə edir. Təsi kəndində iki 500m3, Bədəlli kəndində iki 500m3 tutumu olan su anbarı tikilib istifadəyə verilib, 1000 m3 tutumu olan su anbarı hazır vəziyyətə gətirilməkdədir. Nəzərdə tutulan digər yaşayış məntəqələrində də su anbarları tikintisi sürətlə davam etdirilir. Bu su xəttinin həcmi saatda 105 m3-dir. İlin sonuna kimi bu layihənin tam işlənib tamamlanması planlaşdırılmışdır. Qobustan rayon İcra Hakimiyyəti Aparatı fəaliyyətini cənab Prezidentin tövsiyyə etdiyi prinsiplərə uyğun qurmağa çalışır. Rayon əhalisinin qayğıları, problemləri ilə yerində və vaxtında məşğul olmaq üçün səyyar qəbullar təşkil edilməsi, müraciət və ərizələrə operativ reaksiya verilməsi, işçi-məmur münasibətlərinin şəffavlığı və digər lazımı tədbirlərin həyata keçirilməsinə ciddi nəzarət daim diqqət mərkəzində saxlanılır.

Keçidlər