Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Polis Şöbəsi “Nakomaniyaya yox deyək” mövzusunda tədbir keçirdi.

15 fevral 2017 | 16:00

15 fevral 2017-ci il tarixdə  Qobustan rayonunda “ Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə RİH başçısı Adil Məmmədov, aparatın işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə-müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, gənclər və 11-ci sinif şagirdləri  iştirak edirdilər.
     Tədbiri Qobustan rayon Polis Şöbəsinin rəisi Etibar Babayev açaraq geniş məruzə ilə çıxış etdi. Qeyd etdi ki, bildiyiniz kimi bu günki tədbirin təşkil olunmağında amalımız gələcəyimiz olan yeniyetmələrə, gənclərə həmçinin siz ziyalılara “Narkomaniya” deyilən ümumbəşəri bəla, ona yoluxma halları, onun nəticələri, ən əsası dövlətimiz və biz hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz, qabaqlayıcı tədbirlər haqqında məlumat verməkdir.
     Hal-hazırda  Azərbaycanın  demak  olar ki,  hər bir bölgəsində bu cür tədbirlər təşkil olunur, məqsəd isə sizlərə bu “Ağ ölüm” deyilən yoluxucu bəlanın nə dərəcədə təhlükəli, ziyanlı, adından göründüyü kimi insan həyatını “məhvə” aparan, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil, bir bəla olduğunu aşılamaqdır.
     Azərbaycan Respublikası narkomaniya qarşı mübarizənin ümumbəşəri bəla olduğunu nəzərə alaraq bu istiqamətdə tədbirləri qarşılıqlı əlaqəli şəkildə aparılmasını gücləndirmək məqsədilə beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqəti artıraraq 1998-ci ildə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında”, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında”, 1988-ci il tarixli “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşulmuşdur. Həmçinin bu sahədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış və fəaliyyət göstərir.
      Qanunun icrası ilə ələqədar Ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 28 iyun tarixli  sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə  üzrə 2007-2012-ci illəri əhatə edən dövlət proqramı  təsdiq edilmişdir.
    2007-2012-ci il dövlət proqramının icrası uğurla həyata keçirildiyindən proqramda nəzərdə tutulan müddəalar icra olunduğundan və proqramın icra müddəti başa çatdığına görə dövlət başçımız tərəfindən bu sahəyə qarşı tədbirlər davam etdirmək üçün  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə 2013-2018-ci illər üçün Yeni Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət  Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər genişmiqyaslı məsələlərdən ibarətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası qanunundan və Dövlət proqramlarından irəli gələn tələblərin icrası ilə əlaqadar Daxili İşlər Nazirliyinin gündəlik fəaliyyətində rəhbər tutularaq bu sahə ilə mübarizə uğurla davam etdirilir.
     Qobustan RPŞ-nin əməkdaşları da narkomaniya qarşı mübarizədə Azərbaycan Respublikası Prezidentinin bu sahəyə aid fərman, sərəncam, dövlət proqramından və DİN-nin müvafiq əmr və göstərişlərini rəhbər tutaraq son bir neçə il ərzində müəyyən işlər görmüşlər.
     Sonra söz Qobustan MRX-nın baş həkimi Emin Hüseynə, Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərova və Təhsil şöbəsinin müdiri Füzuli Gülalıyeva verildi.
    Tədbirin sonunda Qobustan RİH başçısı Adil Məmmədov çıxış etdi.
      Adı çəkilən mövzu hazırkı dövrdə ən aktual məsələdir. Bütün bəşəriyyətin çətinliyidir. Ailə kiçik bir dövlətdir.Ona görə də Hər bir ailə ilə bu sahədə iş aparılmalıdır.. Hər bir cəmiyyətdə insan öz bacarığı, zəkası, biliyi ilə seçilir.Əlimizdən gələni etməliyik ki, bizim cəmiyyət bu bəladan azad olsun. Siqaret kiçik dozada narkotik deməkdir. İlk  öncə hamımız siqaretə yox deməliyik! Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Burada ən problemli məsələ ondan ibarətdir ki, narkotik maddələr insan orqanizmində asılılıq yaradır.  Bir ailədə siqaret çəkən kişi, ailə başçısı bilməlidir ki, əvvəl zərif məxluq olan öz xanımını zəhərləyir, daha sonra isə övladlarını.Biz bundan başlamalıyıq: ailəmizi, cəmiyyətimizi təmizləməliyik.
      Narkomaniya isə bu bir fəlakətdir, bir bəladır!  Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Burada ən problemli məsələ ondan ibarətdir ki, narkotik maddələr insan orqanizmində asılılıq yaradır. Bu gun gənclərimiz sağlam, əqidəli, özünəqarşı tələbkar, idmana meyilli olmalıdırlar. Bu isə məktəblərdən, başlamalıdır. Məktəb direktorları valideynlə məktəb arasında  əlaqə yaratmalı, hər bir şagirdə öz övladı kimi baxmalıdırlar. Zərərli vərdişlərdən qurtarmaq üçün ibtidaidən başlamalı, mürəkkəbə doğru getməlidirlər. Cinayətkarın evi, ailəsi, işi, dostları, yurdu olmaz, Qanun şahdır, qanun alidir, onu qorumaq, riayət etmək borcumuzdur.
    Daha sonra videoçarx nümayiş etdirildi və tədbir sona çatdı.

 

Keçidlər