Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon Icra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun Çalov kənd sakinləri ilə görüşü.

16 fevral 2017 | 16:00

16.02.2017-ci il tarixdə  Qobustan rayonu Çalov kəndində Qobustan RİH başçısı cənab  Adil Məmmədovun Çalov kənd sakinləri ilə görüşü keçirilmişdir. Səyyar qəbulda aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak etdilər. Çalov  kənd inzibati ərazi dairəsinin nümayəndəsi Rahib Mehdiyev çıxış edərək RİH başçısı cənab Adil Məmmədovu və qəbulda iştirak edən hər bir kəsi salamladı. Çıxışında görülən işləri diqqətə çatdıran R.Mehdiyev  əraziyə daxil olan kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı, əkin sahələrində hal-hazırda görülən işlər  barədə məlumat verdi. O, qeyd etdi ki, hazirda kənddə şumlanmamış əkin yeri qalmamışdır, ziyanvericilərlə mübarizə hava şəraiti imkan verən kimi davam etdiriləcəkdir.  Heyvandarlıqla məşğul olan əhali yeni növ mayalanma  toxumu haqqında məlumatlandırılmiş və artıq  bir neçə kənd sakinləri bundan istifadə etmişlər. Kənd əhalisinin  müntəzəm olaraq işıq ,qaz, telefon və internetlə təmin olunduğunu bildirdi.
      Söz kənd sakinlərinə verildi. Cəbrayılov Tərlan, Məmmədov Pənah çıxış edərək bəzi əkilməmiş ərazilərin hava şəraitinin əlverişsiz olması ilə əlaqələndirdilər, müntəzəm olaraq ziyanvericilərlə mübarizə apardıqlarını bildirdilər. Kənd sakini Günəşov Gündüz baytarlıqla bağlı mal-qarada olan xəstəliklərlə bağlı məlumat verdi və kənd ərazisində elə bir  ciddi problemin  olmadığını bildirdi. Yeni növ mayalanma ilə bağlı əhaliyə faydalı məlumatlar verdi. 
     Çalov kənd ümumi orta məktəbinin direktoru Nemət Alcanov çıxış edərək məktəb haqqında ümumi məlumat verdi. Məktəbdə 16 müəllim, 141 şagirdin təhsil aldığıni qeyd etdi. Noyabr ayında Respublika üzrə keçirilən “ Ekoloju təmiz məhsul, aqrobiomüxtəliflik” haqqında müsabiqədə məktəbin şagirdlərinin  1-ci yerə çıxdıqlarını  qeyd etdi. Daha sonra kənd axundu Hacı Həqiqət çıxış edərək cənab A. Məmmədova bu qarlı ,şaxtalı  qış günündə kənd əhalisinin görüşünə gəldiyinə görə, bizim  problemlərimizlə yaxindan taniş olduğuna  görə bütün  kənd əhalisi və öz adından təşəkkürünü bildirdi. Axund kəndin keçmişi ilə bağlı məlumat verərək kəndin kiçik olmasına baxmayaraq onlarla alimi ,300-dən çox ziyalısi olduğunu qeyd etdi. Kənddə aparılan quruculuq işlərindən əhalinin  razı qaldığını dedi. Buna görə hörmətli Prezidentimiz İlham Əliyev cənablarına Çalov kənd əhalısı adından və öz adından təşəkkürünü bildirdı.
  Tədbirin sonunda RİH başçısı cənab A.Məmmədov çıxış edərək  Çalov kənd sakinlərini salamladı. Bu kəndin çox qədim  tarixi olduğunu bildirdi. Kənd əhalisi ilə çox səmimi söhbətlər apardı. Gənclərə xüsusi diqqət yetirilməsinə, vətənpərvər ruhda böyüməsinə, pis vərdişlərdən uzaq olmalarına ilk növbədə valideynlərin, məktəblərin və kənd ağsaqqallarının rolunun böyük olduğunu  bildirdi. Gənclərin pis vərdişlərdən uzaq olması üçün maarifləndirmə işlərinin kənddə gücləndirilməsinin vacibliyini qeyd etdi. Bizim cəmiyyətimizin yalnız ali təhsilli deyil, zəhmətsevər, əməyə bağlı, vətənpərvər və mübariz  gənclərə daha böyük ehtiyacı vardır.
Qobustan rayonunda, maldarlıq sahəsində süni mayalanma məsələlərinə  daha ciddi yanaşmasını bildirdi. Əkin sahələrində şumlanmamış yer qalmamalıdır. Qarşımızda duran ən ciddi məsələlərdən biri kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə nail olmaq, ixrac yönümlü məhsulların istehsalını artırmaqdan ibarətdir.   Xüsusilə taxılçılığın, qarğıdalının, günəbaxanın və soyanın  inkişaf etdirilməsinin vacibliyindən danışdı. Bizim cəmiyyətimizin yalnız ali təhsilli deyil, zəhmətsevər, əməyə bağlı, vətənpərvər və mübariz  gənclərə daha böyük ehtiyacı vardır, -dedi.       
  Tədbirin sonunda  Çalov kənd sakini Yaqubov Sədaqət çıxış edərək öz azyaşlı qohumunun qaraciyər sirrozundan əziyyət cəkdiyini bildirdi və kənd əhalisi adından   cənab A.Məmmədovdan maddi dəstək istədi. Müraciət səmimiyyətlə qarşılandı.  A.Məmmədov  tərəfindən rayon xəstəxanasının baş həkimi E.Hüseynə xüsüsi tapşırıqlar verildi və lazımi tədbirlərin görüləcəyi bildirildi.

 

 

Keçidlər