Xilmilli kənd tam orta məktəbində “İslam Həmrəyliyi gənclərin gözü ilə”, “Dini radikalizm və narkomaniyanın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Fevral ayının 28-də Qobustan Rayonu İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xilmilli kənd tam orta məktəbində “İslam Həmrəyliyi gənclərin gözü ilə” və “Dini radikalizm və narkomaniyanın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Qobustan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı A.Şikarov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Q.Əkbərov, Rayon Polis Şöbəsinin əməkdaşı E.Şirinov, Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə A.Bayramov, Xilmilli kənd tam orta məktəbinin “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, yuxarı sinif şagirdləri və Xilmilli kəndinin gənc sakinləri iştirak edirdilər.
Tədbir Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan A.Şikarov mövzuların aktuallığı və mahiyyəti barədə ətraflı məlumat verdi.
Çıxış edənlər Q.Əkbərov, E.Şirinov və A.Bayramov dini radikalizm və narkomaniyanın fəsadlarından ətraflı məlumat verdilər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.