Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun 2024-cü il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirildi.

15 iyun 2024 | 12:26

15 İyun 2024-cü il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və RİH başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər və orta ümumtəhsil təhsil, tibb, mədəniyyət müəssisələrinin direktorları və rayon ictimayyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov bildirdi ki, xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki ümummilli lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda dövlət başçımız cənab İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Bizlər də bu faktoru əsas götürərək Azərbaycanımızın çiçəklənməsi naminə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşmişik. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

Tədbirin bədii hissəsində rayonun sevilən xanəndələri sevimli nəğmələr ifa etdilər.

Keçidlər