Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı”

15 iyun 2023 | 14:30

Qobustan rayon Gənclər Evində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.Tədbirdə  Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov , hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və Qobustan rayon sakinləri iştirak etdilər. Tədbir Qobustan rayon  Heydər Əliyev Parkında abidə önünə gül qoyulması ilə başlandı. Daha sonra Qobustan rayon Gəclər Evində Azərbaycan  Respublikasının Dövlət Himini səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Keçidlər