Şriftin ölçüsü :

Saytın rəngi :

15 may 2025-ci il tarixində Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan Gənclər Evinin birgə təşkilatçılığı ilə 15 May “Beynəlxalq Ailə Günü” ilə bağlı  ”Milli-mənəvi, ailə dəyərlərinin qorunub saxlanılması, gənc nəslə aşılanması” mövzusunda tədbir keçirilib.

15 may 2025 | 12:08

     15 may 2025-ci il tarixində Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan Gənclər Evinin birgə təşkilatçılığı ilə 15 May “Beynəlxalq Ailə Günü” ilə bağlı  ”Milli-mənəvi, ailə dəyərlərinin qorunub saxlanılması, gənc nəslə aşılanması” mövzusunda tədbir keçirilib.

     Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva, Qobustan Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Rəşad Məmmədov, Qobustan Gənclər Evinin direktoru Əlibaba Məlikli Qobustan rayonundan muəllim kollektivi və şagirdlər iştirak etdilər.

     Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva çıxış edərək bildirdi ki, milli-mənəvi dəyərlər xalqın tarixini, adət-ənənələrini, dilini və mədəniyyətini əks etdirən mənəvi sərvətdir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi, cəmiyyətin davamlılığı və milli kimliyimizin yaşamasıdır.

     Gənc nəsil bu dəyərlərlə böyüdükdə, vətəninə, ailəsinə və millətinə bağlı, sağlam düşüncəli fərdlər kimi formalaşır. Bu işdə ailə, məktəb və cəmiyyət birgə çalışmalı, milli ruh daim yaşadılmalıdır. Milli-mənəvi dəyərləri yaşatmaq keçmişə hörmət, bu günə dəyər, gələcəyə isə vəsiyyətdir.

     Tədbir diskussiya formasında davam etdirildi. Sonda 15 May “Beynəlxalq Ailə Günü”nə həsr edilmiş ”Milli-mənəvi, ailə dəyərlərinin qorunub saxlanılması, gənc nəslə aşılanması” mövzusunda  videoçarx izlənildi.

Keçidlər