15 May - Beynəlxalq Ailə Günüdür
15 may 2026 | 17:13
15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.
Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ailə bayramı hər il müxtəlif bölgələrdə təşkil olunaraq regionlarda nümunəvi ailələr müəyyənləşdirilir.
15 May - Beynəlxalq Ailə Günü münasibətilə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən Qobustan rayonunun Yekəxana kəndində uzunömürlü, nümunəvi, örnək ailə-Bayımovlar ailəsi ziyarət edildi.
Ailə başçısı Bayımov Əbdülrəhman Əlmirzə oğlu 1939-cu il təvəllüdlüdür, ali təhsillidir, təqaüd yaşı tamam olana qədər Yekəxana kənd tam orta məktəbində çalışmışdır. Ailənin ağbirçəyi Bayımova Dünya Baba qızı isə 1942-ci il təvəllüdlüdür. Əbdülrəhman müəllim ilə Dünya xanım 64 ildir ki ailə qurub xoşbəxt, firavan yaşayırlar. Ailə bu gün də birlik, qarşılıqlı hörmət və milli-mənəvi dəyərlərin gözəl nümunəsi kimi diqqət çəkir. Ailə 3 qız, 4 oğul, 21 nəvə, 11 nəticədən ibarət böyük bir ocaqdır.
Bayımovlar ailəsinin evində çay süfrəsi ətrafında keçirilən səmimi söhbət zamanı ailənin maraqlı həyat xatirələri dinlənildi, uzun illərin ailə təcrübəsi və dəyərləri barədə fikir mübadiləsi aparıldı. Səmimiyyət və mehribanlıq şəraitində keçən görüş iştirakçılarda xoş təəssüratlar yaratdı. Görüş zamanı qeyd olundu ki, sağlam və möhkəm ailə cəmiyyətin əsas dayağıdır. Belə ailələrin həyat yolu gənc nəsil üçün nümunə olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına da töhfə verir.