Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 10-da Qobustan rayonunda vətəndaşları qəbul etmişdir.

10 mart 2017 | 16:00

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 10-da şəhər və rayonlarda vətəndaşların, dövlət qurumlarının,mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Qobustan rayonunda vətəndaşları qəbul etmişdir.
     Qəbulda Qobustan,Şamaxı,İsmayıllı və Qəbələ rayon sakinləri iştirak ediblər.
      Görüşdən öncə sədr Məleykə Abbaszadə ulu Öndər Heydər Əliyevin Qobustan rayonunun mərkəzində yerləşən abidəsinin ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşdür.
      Qəbulda əsasən dövlət qulluğuna və ali təhsilin magistratura səviyyəsinə qəbul, buraxılış imtahanları və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
      Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Keçidlər