Şriftin ölçüsü :

Saytın rəngi :

Sədəf kənd əhalisi ilə görüş

29 mart 2017 | 16:00

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həll olunmasında Rayon  İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı icra başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul-görüşlərin də böyük əhəmiyyəti vardır.
      Növbəti səyyar görüş 29 mart  2017-cı il tarixdə Sədəf   kəndində keçirildi. Səyyar qəbulda RİH başçısı aparatının işçiləri, , rayonun idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri  iştirak etdilər. . Qobustan rayon İHB–nın Bədəlli kənd İƏD üzrə nümayəndəsi Hamlet Ağayev Qobustan rayon İcra hakimiyyətinin başçısı hörmətli Adil Məmmədov cənablarını və kənd sakinlərini salamladıqdan sonra qeyd etdi ki, Sədəf kəndi Cəmcəmli, Yekəxana və Bədəlli kəndləri ilə həmsərhəddir və ümumi əhalisi 374 nəfər təşkil edir ki, ondan 150 nəfər kişi, 224 nəfəri qadındır. Sədəf kəndində 89 təsərrüfat mövcuddur, ümumi 48 yaşayış evi vardır ki, ondan 37 evdə daimi yaşayış mövcuddur. Sədəf kəndində 310 ha əkinə yararlı torpaq sahəsi mövcuddur. Həmin sahələrdə də 95 ha buğda, 215 ha arpa əkilmişdir. Umumi sahənin 290 hektarında ziyanvericilərə qarşı mübarizə aparılmış, Sədəf kənd sakinləri bu işdə fəallıq göstərərək öz sahəsində dərmanlama işlərini yerinə yetirmişdir. Sədəf kəndində eyni zamanda dondurma şumu çıxarılmış və 75 ha sahədə kübrələmə işləri aparılmışdır.Kəndin kommunal məsələləri olan işıq və su ilə təminatı baxımında heç bir problem yoxdur.Sədəf kəndində 1 ümumi orta məktəb və 1 kitabxana kənd əhalisinə xidmət göstərir və həmin məktəbdə 12 nəfər müəllim, 8 nəfər texniki işçi çalışır, 27 nəfər şagird isə təhsil alır. Nümayəndə kənd sakinlərinə bir daha səslənərək Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək görülən hər bir işə öz töhfələrini verməyi arzu edərək çıxışını yekunlaşdırdı.
  Qobustan RİH-nin başçısı Adil Məmmədov çıxış edərək kənd sakinlərini salamladı. O, qeyd etdi ki, ulu öndər Heydər Əliyevin strategiyasını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev cənablarının respublikanın bütün rayonlarına göstərdiyi qayğının bu gün Qobustan rayonunda da öz əksini tapdığını ğörürük. Buna görədir ki, bir sıra böyük layihələr digər regionlarda olduğu kimi Qobustan rayonunda da günü-gündən gerçəkləşir. Sonra A.Məmmədov kənd sakinlərini dinlədi:
       Sədəf kənd sakini Dursunalı Eminov  çıxış edərək şumladığı sahənin Sədəf kənd sakini Qubat Möləmov tərəfindən əkildiyini, Sədəf kənd ümumi orta məktəbinin ərazisinin onun tərəfindən zəbt edildiyini vurğuladı və bu məsələlərlə əlaqədar A.Məmmədovdan köməklik istədi.
      Sədəf kənd sakini Q. Möləmov isə ona qarşı irəli sürülən ittihamların doğru olmadığını qeyd edərək adı çəkilən məktəbin ərazisində olan kənd təsərrüfatı texnikalarını oradan götürəcəyini qeyd etdi və bu işin araşdırılmasını xahiş etdi.
       Sədəf kənd sakini Rəşad Dəmirov Sədəf kəndinə gələn yolda  bəzi problemlərin olduğunu deyərək bu işdə kənd əhalisinə köməklik göstərilməsini xahiş etdi.
      Sədəf kənd sakini Əmirov Ziya çıxış edərək Q. Möləmovun  onun ev quşlarını dərman qoyaraq öldürdüyünü vurğulayaraq bu məsələ ilə aparılan araşdırmanın sürətləndirilməsini və ziyanvericilərə qarşı mübarizə işlərinə bundan sonra da dəstək verəcəklərini vurğuladı və adını çəkdiyi problemin həlli ilə əlaqədar xahiş etdi.
     Sədəf kənd sakini Mirzəyev Zabil ona həyətyanı torpaq sahəsinin verilməsi üçün müraciət etdi.
      Sədəf kənd sakini Babaxanov İrşad çıxış edərək Sədəf kəndinin də təbii qazla təmin edilməsini xahiş etdi.
      Sədəf kənd sakini Qədirov Mətləb çıxış edərək rayonumuzda, kəndlərimizdə aparılan uğurlu işlərə, göstərilən qayğıya görə Prezident İlham Əliyev cənablarına və Qobustan RİH-nin başçısı A.Məmmədova minnətdarlığını bildirərək, Sədəf kəndində ziyanvericilərə qarşı mübarizə, kübrələmə və şum işlərinin yaxşı təşkil olunduğunu qeyd edərək bütün bu görülən işlərə görə öz səmimi təşəkkürünü çatdırdı.
      Sonda kənd sakinlərini dinləyən A.Məmmədov  yerindəcə qaldırılan məsələlərə münasibət bildirərək, aidiyyəti idarə, müəsissə, təşkilat rəhbərlərinə tapşırıqlar verdi və səsləndirilən problemlərin həlli işində kənd sakinlərinə yaxından köməklik göstərilməsini ciddi şəkildə tapşırdı. A.Məmmədov kəndin potensial imkanlarından səmərəli şəkildə istifadə edilməsini, əhali ilə tələb olunan səviyyədə sıx işlənməsini də qeyd etdi və Sədəf kəndinə olan diqqət və qayğının daim davam etdiriləcəyini vurğuladı. Kənd sakinlərini bir daha zəhmətkeş olmağa, sahələrdə ziyanvericilərə qarşı mübarizə aparmağa və kənd təsərrüfatı bitkilərinin becərilməsi işində mütəşəkkilliklərini bundan sonra da qorumağa, mehriban olmağa, ev heyvanlarının say dinamikasında inkişafa nail olmağa çağırdı və bu işdə bütün kənd sakinlərinə uğurlar arzuladı.

Keçidlər