Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda Pasxa Bayramı.

16 aprel 2017 | 16:00

   Aprel ayında 16 da rayonun Xilmilli kəndində xristianların Pasxa bayramı münasibəti ilə Xilmilli kənd “Molokan-ruhani xristian” dini icması ilə birlikdə tədbir keçirlimişdir.
   Tədbirdə rayon İHB-nin müavini T.Güləliyeva, dini qurumlarla işin təşkilatçısı A.Şikarov, “Qobustan” rayon qəzetinin redaktoru L.Maxsudova, Qobustan şəhər , “Heydər” məscidinin imamı Ç.Babaşov,  Xilmilli kənd müsəlman məscdinin dini icmasının üzvləri iştirak etmişlər.
  Tədbiri giriş sözü ilə açan A.H.Şikarov “Molokan-ruhani xristian” dini icmasınin üzvlərinə Müqəddəs Pasxa bayramı münasibətilə rayon İcra hakimiyyətinin başçısı cənab A.Məmmədovun təbriklərini çatdırmış, azərbaycan və rus xalqlarının tarixi dostluğundan danışmış bu sahəyə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezdenti Mehriban xanım Əliyevanın gündəlik qayğılarından  danışdı.
    Digər çıxış edənlər T.Güləliyeva, L.Maxsudova,Ç.Babaşov da Pasxa bayramı münasibəti ilə rayon ictimaiyyətinin təbriklərini “Molokan-ruhani xristian” dini icamsının üzvlərinə çatdırmış, rayonumuzda dinlərarası,millətlərarası dialoqun yüksək səviyyədə olmasından və bu məsələnin rayon rəhbərliyinin daim diqqətində olmasından danışmışlar.
    Tədbirin sonunda Xilmilli kənd “Molokan-ruhani xristian” dini icmasının üzvləri ölkə Prezdentinə və rayon rəhbərliyinə onlara göstərilən qayğıya görə minnətdarlığını bildirmişlər.

Keçidlər