16 mart 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseydə “Erkən nikaha yox deyək!” və “Çətin tərbiyə olunan uşaqlar” mövzusunda tədbir keçirilmişdir.
16 mart 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseydə “Erkən nikaha yox deyək!” və “Çətin tərbiyə olunan uşaqlar” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva, Hüquq və kadr məsələləri sektorunun müdiri Aytən Əhmədova, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi-Gülnar Mehdiyeva, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Aysəba Bəşirli, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşı Mübariz Əlibəyli, Qobustan şəhər 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseyin direktoru Vüsalə Mamedova, Qobustan Rayon Mərkəzi Xəstəxanasının İlkin Səhiyyə Xidmətinin şöbə müdiri Nərgiz Sadiqzadə, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Təranə Güləliyeva çıxış edərək bildirdi ki, erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal bəşəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. Erkən nikah adətən 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsə də, dünya praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur. Daha sonra o, çətin tərbiyə olunan uşaqlar haqqında danışmış və bildirmişdir ki, uşaq ilk sosial davranış qaydalarını ailədə öyrənir. Ailədaxili münaqişələr, valideynlərin laqeydliyi, həddindən artıq sərt və ya əksinə həddindən artıq yumşaq münasibət uşağın davranışına birbaşa təsir göstərir. Sevgi və diqqət çatışmazlığı uşağın aqressiya və ya etiraz formasında özünü ifadə etməsinə səbəb ola bilər.
Tədbirdə Qobustan Rayon Polis Şöbəsinin əməkdaşı Mübariz Əlibəyli, Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkimi Nərgiz Sadiqzadə, Qobustan rayonundan müəllimlər çıxış edərək erkən nikahın fəsadlarından bəhs etmişlər, şagirdləri maraqlandıran sualları cavablandırmışlar.
Tədbir diskussiya formasında davam etdirildi. Sonda erkən nikah mövzusunda videoçarx izlənildi.






