Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrlərindən ibarət guşə yaradıldı

29 sentyabr 2010 | 15:00

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Qobustan Regional Bürosunun əməkdaşları Qobustan rayon MKS-də mərkəzin nəşrlərindən ibarət guşə yaratdılar. Guşədə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəfis tərtibatda nəşr olunmuş ədəbiyyatlar yer almışdır. Eyni zamanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları fərman və sərəncamlarının əks olunduğu “135 illik yol ”adlı kitabın təqdimatını keçirdilər. Kitab müstəqillik illərində Azərbaycanda söz və mətbuat azadlığının, KİV –nin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdıran əyani vəsaitdir. Qobustan regional bürosunun direktoru R.Şahbazov bu kimi tədbirlərin davamlı olacağını qeyd etdi. MKS-nin kompüter mərkəzində əyani olaraq www.aliyev-heritage.org saytı və ondan istifadə qaydaları haqqında ətraflı məlumat verildi. Kitabxana işçilərinin öz bilik və bacarıqlarını artırmaq üçün gələcəkdə də Qobustan Regional Bürosu ilə yaxından əməkdaşlıq etmələri barədə razılıq əldə olundu.

Keçidlər