Şriftin ölçüsü :

Saytın rəngi :

16.12.2025-ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin, DŞRGİİ-nin Qobustan rayonu üzrə gənclər və idman sektorunun və Qobustan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Ailə ənənələri” mövzusunda tədbir keçirilib.

16 dekabr 2025 | 14:20

   16.12.2025-ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin, DŞRGİİ-nin Qobustan rayonu üzrə gənclər və idman sektorunun və Qobustan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Ailə ənənələri” mövzusunda tədbir keçirilib.     

    Tədbirdə Qobustan RİH yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Gülnar Mehdiyeva çıxış edərək tədbir iştirakçılarına mövzu haqqında ətraflı məlumat verib. O bildirib ki, ailə cəmiyyətin əsas dayağıdır. Ailə içində formalaşan ənənələr və dəyərlər insanın tərbiyəsində, dünyagörüşündə və davranışında mühüm rol oynayır. Nəsildən-nəslə ötürülən ailə ənənələri milli-mənəvi irsin qorunmasına, gələcək nəsillərin vətəndaşlıq şüurunun möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə texnologiya və qloballaşma təsirinə baxmayaraq, sağlam ailə ənənələrinin qorunması və davam etdirilməsi cəmiyyətin inkişafı üçün vacibdir. Buna görə də hər birimiz ailə dəyərlərinə hörmət etməli, gələcək nəsillərə çatdırmalıyıq.

    Daha sonra Hüquq şöbəsinin müdiri Aytən Əhmədova çıxış edərək bildirib ki,  ailə dəyərlərinə hörmət etmək cəmiyyətin mənəvi zənginliyinin qorunmasına töhfədir. Ailə dəyərləri və ənənələri insanın əxlaqi tərbiyəsinin formalaşmasında əsas amildir.

Tədbir diskussiya formasında davam etdirilib. Sonda mövzuya aid videoçarx izlənilib.

Keçidlər