Şriftin ölçüsü :

Saytın rəngi :

Ə.Nəbiyev adına Təklə Mirzəbaba kənd tam orta məktəbində “İslam həmrəyliyi, dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

12 iyun 2017 | 16:00

May ayının 5-də Qobustan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ə.Nəbiyev adına Təklə Mirzəbaba kənd tam orta məktəbində “İslam həmrəyliyi, dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Müşviq Məmmədov, məktəb rəhbərliyi, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan A.Şikarov möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsindən, İslam həmrəyliyinin tarixindən, onun mahiyyətindən ətraflı danışdı. O, qeyd etdi ki, İslam aləminin bu gün çox böyük həmrəyliyə, birliyə, sabitliyə ehtiyacı olduğu bir vaxtda belə bir bəşəri ideyanın irəli sürülməsi onu göstərir ki, Azərbaycan İslam dünyasının favorit ölkələrindəndir.
Bununla yanaşı A.Şikarov dini radikalizmdən və onun cəmiyyətə mənfi təsirindən, ağır fəsadlarından ətraflı məlumat verərək tədbir iştirakçılarını belə hallara qarşı mübariz olmağa səslədi.
Tədbirdə çıxış edənlər ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının çox uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə hökm sürən sabitlikdən, inkişafdan danışdılar və bu sabitliyə, inkişafa mane olmaq istəyən radikal dini cərəyanlara qarşı hamını mübariz olmağa çağırdılar.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər