Şriftin ölçüsü :

Saytın rəngi :

Təklə kənd tam orta məktəbində “İslam Həmrəyliyi İli” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

08 iyun 2017 | 16:00

   May ayının 8-də Qobustan rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə Təklə kənd tam orta məktəbində “İslam Həmrəyliyi İli” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
   Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, məktəb rəhbərliyi, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdilər.
    Tədbiri giriş sözü ilə açan A.Şikarov qeyd etdi ki, bu gün dünyada İslamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də olsa nail olan ölkələr var. Xüsusən, son bir neçə ildə məhz İslam ölkələrində yaranan “İŞİD”, “Taliban”, “Hizbullah”, “Əl-Qaidə” kimi radikal dini cərəyanları və terrorçuları bəzi dairələr yaradaraq silahlandırır. Məqsəd İslamı dünyada gözdən salmaq, müsəlman həmrəyliyini parçalamaqdır.
   Təbii ki, onlar bu tip terrorçu və antiislamçı qrupları o ölkələrdə yaradırlar ki, orada müasir təhsilin, dünyəviliyin əvəzinə cəhalət hökm sürür. Bu baxımdan, ölkəmiz bu zəncirin ən sərt həlqəsidir. Onu dünyəvilikdən qoparmaq mümkün deyil. Ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənabları beynəlxalq miqyasdakı “Qlobal sülh və əməkdaşlıq” hərəkatının əsas simalarından biri kimi, sivilizasiyalar və dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün ciddi səy göstərir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, “Tolerantlığın Azərbaycan nümunəsi” dünyanın örnək göstərdiyi modelə çevrilib. Ölkəmizin başçısının son dövrlərdəki fəaliyyəti göstərir ki, qlobal miqyasda sülhü əldə etmək üçün ilk növbədə müsəlman dünyasında birliyə nail olmaq, məzhəblər arasında etimad yaratmaq, müasir düşüncə tərzini yaymaq, cəhalətdən uzaqlaşmaq gərəkdir.
      Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bir çox baxımdan məntiqi və qanunauyğun bir addımdır. Belə ki, ümumislam mədəniyyətinin təşəkkülündə və inkişafında müstəsna rol oynamış Azərbaycan tarixən İslam dünyasının əsas mədəni mərkəzlərindən biri olub. İslam mədəniyyətinə və elminə böyük töhfələr verməklə yanaşı, ölkəmiz müasir dövrün çağırışları baxımından alternativi olmayan dünyəviliyə, mədəniyyətlərarası dialoqa, müasirliyə münasibətdə sözün həqiqi mənasında örnək olub.
      Tədbirdə çıxış edənlər İslam həmrəyliyinin tarixindən, mahiyyətindən, qeyri-ənənəvi dini cərəyanlar və onların fəsadları barədə ətraflı söhbət açmış və belə hallara qarşı tədbir iştirakçılarını mübariz olmağa səslədilər.
     Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər