R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
İyunun 6-da Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Qobustan rayon Cəmcəmli kənd tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və əməkdaşı Cavid Əhmədov, rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, Rayon Polis Şöbəsinin əməkdaşı Elmir Əliyev, Cəmcəmli kənd tam orta məktəbinin direktoru Ziyafət Bayramova, məktəbinin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsinin dövlətin ən ali məqsədi olması diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunması, buna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan hüquqları aylığı”nın keçirilməsi və bu aylıq çərçivəsində keçirilmiş maarifləndirici tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Həmçinin, çıxış edənlər İslam həmrəyliyinin tarixindən, mahiyyətindən, qeyri-ənənəvi dini cərəyanlar və onların fəsadları barədə ətraflı söhbət açmış və belə hallara qarşı tədbir iştirakçılarını mübariz olmağa səsləmişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.