Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 15 iyun “Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirildi

15 iyun 2017 | 16:00

15.06.2017-cı il tarixdə Qobustan rayonunda 15 İyun “ Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirildi. Rayon ictimaiyyəti Ulu öndər, dahi şəxsiyyət  Heydər Əliyevin  abidəsi önünə əklillər,qızılgüllər,tər qərənfillər düzdülər.
      Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.İlk növbədə rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov cənabları çıxış edərək bütün Qobustanlıları əziz və müqəddəs bayram olan “Milli Qurtuluş günü” münasibətilə səmimi-qəlbdən təbrik etdi, Ulu öndər Heydər Əliyevin xalqımızın tarixindəki müstəsna xidmətlərindən bəhs etdi. O,qeyd etdi ki,Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.
    Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.
 Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

      Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini bildirdilər. 

      Rəsmi hissə bitdikdən sonra tədbir “Gənclər Mərkəzində “ rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı geniş konsert proqramı ilə davam etdirildi. Sənətçilərin çıxışları tədbir iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılandı. 

      

Keçidlər