Qobustan rayon A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbində “Son Zəng” tədbiri
Bu gün Respublikanın və Qobustan rayonunun bütün məktəblərində olduğu kimi, Qobustan şəhər A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbində də ənənəvi olaraq “Son zəng” tədbiri keçirildi.Tədbirdə Qobustan rayon İcra hakimyətinin başçısı cənab Adil Məmmədov, Qobustan rayon İcra hakimyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Təranə xanım Güləliyeva ,valideynlər,məktəbin kollektivi-başda direktor İmran Sabirov olmaqla iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Xoş musiqi sədaları altında məzunlar səhnəyə dəvət olundu.Məktəbin direktoru İmran müəllim çıxış edərək məzunlara öz ürək sözlərini bildirdi.Məktəbin uğurlarından danışdı.
Qobustan şəhər İcra hakimyyətinin başçısı A.Məmmədovun çıxışı və tədbiri axıra qədər izləməsi məzunları və məktəbin kollektivini çox sevindirdi. 11-cilərin sinif rəhbərləri İsbat müəllim, Mirzaman və Aybəniz müəllimə də şagirdlərə xoş arzularını bildirdilər. Bizim məzunların ilk dəfə əllərindən tutub onlara “Ana”və “Vətən”kəlməsini yazdıran İbtidai sinif müəllimləri Əsman müəllimə və Nisə müəllimənin çıxışı, arzuları hamını duyğulandırdı.
İmtahanda yüksək nəticə göstərən şagirdlərin valdeynlərinə söz verildi. Onlar da məzunlara uğurlar arzulayıb müəllimlərə təşəkkür etdilər.Məzunların ürək sözləri dinlənildi. Onlar mahnı ifa etdilər, rəqsləri ilə tədbirə xoş əhval-ruhiyyə aşıladılar. Tədbir “Son zəngin”vurulması ilə sona çatdı.