Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür!

23 iyun 2017 | 16:00

  Qobustan şəhər 2 saylı tam orta məktəbinin akt zalında  26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilmişdir..
Rayon rəhbərliyi, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, fəal gənclərin qatıldığı tədbirdə çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermişdir.
      Qobustan rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini  Aftandil Şikarov çıxış edərək narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd  etmişvə bildirmişdir ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün maarifləndirmə işlərinin aparılmasını genişləndirmək lazımdır.
      Q.Əkbərov ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd olduğunu vurğulamış və gəncləri ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişlər.

Keçidlər