Şriftin ölçüsü :

Saytın rəngi :

Zəhra Quliyevanın qətli ilə bağlı Qobustan şəhər dindarlarının BƏYƏNATI

11 iyul 2017 | 16:00

Azərbaycan xalqının torpaqlarına göz dikən erməni qəsbkarları bu gün də öz çirkin işlərini davam etdirirlər. Belə ki, yaşlı, qadın, körpə demədən, dinc əhaliyə qarşı acımadan ağır silahlar istifadə edərək öz xislətlərini nümayiş etdirən quldur dəstələri 04.07.2017-ci il tarixdə saat 20:40 radələrində Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmuşlar. Atılan mərmilərdən biri kənd sakini Salman Quliyevin yaşadığı evə düşmüşdür. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olmuş, Səlminaz Quliyeva ağır yaralanmışdır. Biz Qobustan şəhər dindarları, dinc əhaliyə qarşı silah işlədilməsini, erməni vandalizminin 25 ildən artıq həyata keçirdiyi hərbi təcavüz, Xocalıda törədilən terroru davam etdirən, Ermənistan dövlətinin başında duranların heç bir bəşəri münasibətlərə uyğun gəlməyən bu davranışlarını pisləyirik. Biz erməni qəsbkarlarının törətdiyi bu cinayətlərə beynəlxalq dünya ictimaiyyəti tərəfindən hüquqi qiymət verilməsini tələb edirik.
26 fevral 1992-ci ildə körpə qanına doymayan ermənilər Xocalıda da çarəsiz körpələri vəhşicəsinə qətlə yetirərək özlərinin qaniçən məsləklərini nümayiş etdirmişlər. Həmin vaxtdan 25 ildən artıq vaxt keçməsinə baxmayaraq uşaq qatili olduqlarını bir daha sübut etdilər.
Ümid edirik ki, haqq-ədalət öz yerini tapacaq, uzun müddətdir xalqımıza qarşı törədilən vəhşiliklərə son qoyulacaq, işğal olunmuş torpaqlarımız geri qayıdacaq, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına dönəcəklər.
Biz Qobustan şəhər dindarları xalqımıza qarşı törədilən bu cinayətə beynəlxalq  ictimaiyyət  tərəfindən göz yummamalarını tələb edir, cinayətkar erməni şovinistlərinə layiq olduqları qiyməti verməyə çağırırıq!

   Qobustan şəhər dindarları

   İmzalar:

1. Babaşov Çingiz                                 11. İbrahimov Dinməhəmməd
       2. Vəliyev Atacan                                  12. Cahangirli Sabir
       3. Rəsulov Çingiz                                 13. Muradov Kamran
       4. Əzizov Mübariz                                14. Məmmədov Ənvər
       5. Kuryayev Muxtat                             15. Niftalıyev Səbuhi
       6. Kuryayev Rəhim                              16. Salmanov Şahmar
       7. Almuradlı İlqar                                 17. Şıxıyev Qafur
       8. Səlimov Telman                               18. Babaşov Nahid
       9. Əhədov Babaşah                             19. Məmmədli Rəfail
      10. Mədətov Anar                                  20.İbrahimov İslam
      21. Zakirov Niyaz                                   26. Murquzov Mikayıl
      22. Dəmirov Babaverdi                          27. Murquzov Rantik
      23. İsalı İsa                                            28. Murquzov Rəşad
      24.Mərdaliyev Bilal                                29.Qurbaov Elbrus
      25.Qayıbov Sarvan                               30. Gülmalıyev Vüqar

Keçidlər