Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu Xilmilli kənd “Molokan Ruhani-Xristian” dini icmasının B Ə Y A N A T I

13 iyul 2017 | 16:00

        04 iyul 2017-ci il saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin yaşadığı ərazi artilleriya qurğularından və digər ağır silahlardan intensiv atəşə tutulmuşdur. Bu zaman mərmilərdən biri kənd sakini Salman Quliyevin yaşadığı evin həyətinə düşmüşdür. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı  həlak olmuş, Quliyeva Sərvinaz  İltifat qızı ağır yaralanmışdır. 

       Füzuli rayonu Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsindən hiddətləndiyimizi bildirir,bu vandalizmi pisləyir və həlak olmuş Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ailələrinə dərin hüznlə başsağlığı veririk!

       Biz Molokan Ruhani-Xristian dini  icmasının üzvləri dinc əhaliyə qarşı silah işlədilməsini, erməni vandalizminin uzun illərdir həyata keçirdiyi hərbi təcavüz, etnik təmizləmə və Ermənistan dövlətinin başında duranların bu cür qeyri-insani rəftarını pisləyir və bütün beynəlxalq təşkilatları, o cümlədən dünya liderlərini bu cinayəti törədənlərin tezliklə cəzalandırılmasına çağırırıq.

 

 

    Qobustan rayonu Xilmilli kənd “Molokan Ruhani- Xristian”

    dini icmasının sədri:                                Tsapleva Yekaterina Nikolayevna

 

 

    İcmanın din xadimi:                                  Raxmanin Fyodr Fyodoroviç

 

 

 

                                                                                                    7 iyul 2017-ci il

 

 

Обращение

 

Хильмиллинской Молоканской-Христианской Общины Гобустанского района

 

     04 июля 2017-го года, примерно в 20:40 часов, со стороны армянских вооруженных сил, с применением артилерии и другой тяжелой техники, было обстреляно село Алханлы Физулинского района. Во время обстрела один из снарядов разорвался во дворе жителя села Салмана Гулиева. В результате этого, 1967-го года рождения, Гулиева Сахиба Идрис гызы и её двухлетняя внучка Гулиева Захра Ельнур гызы погибли, а Гулиева Сарвиназ Ильтифат гызы была тяжело ранена.

     Гибель мирных жителей  села Алханлы Физулинского района вызывает крайнее негодование и гнев. Мы осуждаем этот вандализм и выражаем глубокое соболезнование семье погибших Гулиевой Сахибы Идрис гызы и её двухлетней внучки Гулиевой Захры Эльнур гызы.

     Мы, члены Хильмиллинской Молоканской-Христианской Общины осуждаем применение оружия против мирного населения, длительное время проводимого в жизнь со стороны армянского вандализма военной агрессии, этнической чистки. Мы осуждаем руководство армянского государства за бесчеловечность и призываем все международные организации и лидеров всех стран осудить в кратчайшее время тех, кто причастен к этому уголовному преступлению.

 

 

От имени членов Хильмиллинской Молоканской- Христианской Общины Гобустанского района:            Цаплева Екатерина Николаевна

 

 

   Присвитер общины:                                      Рахманин Фёдор Фёдорович

 

                                                                                                                                            

                                                                                                  07.07.2017-й  год   

Keçidlər