Şriftin ölçüsü :

Saytın rəngi :

18 mart 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Rayon İcra Hakimiyyətinin konfrans zalında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Uşaq Səfirlər Məclisininin nümayəndələrinin iştirakı ilə “Vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir.

18 mart 2026 | 17:29

   18 mart 2026-cı il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Rayon İcra Hakimiyyətinin konfrans zalında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Uşaq Səfirlər Məclisininin nümayəndələrinin iştirakı ilə “Vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Ərazi - təşkilat məsələləri sektorunun müdiri Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyev, Hüquq və kadr məsələləri sektorunun müdiri Aytən Əhmədova, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Rövşən Dəmirov, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnar Mehdiyeva, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Aysəba Bəşirli, müəllimlər və məktəblilər iştirak etmişlər.

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Rövşən Dəmirov tədbiri giriş sözü ilə açmış, Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyevin xidməti fəaliyyəti dövründə, xüsusən 2016-cı ilin Aprel döyüşləri zamanı və Vətən müharibəsi dövründə keçdiyi döyüş yolu və göstərdiyi şücaətlər  haqqında tədbir iştirakçılarına məlumat vermişdir.

   Sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyev belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O, bildirmişdir ki, bu cür tədbirlər şagirdlərin tariximizə, milli dəyərlərimizə və qəhrəmanlıq salnaməmizə daha dərindən bələd olmalarına şərait yaradır.

  Vətən Müharibəsi Qəhrəmanı çıxış edərək 44 günlük müharibə dövründə yaşadıqları döyüş yolundan, cəbhə həyatının çətinliklərindən və Azərbaycan əsgərinin göstərdiyi igidlik nümunələrindən ətraflı bəhs etmişdir. O, qeyd etmişdir ki, əldə olunan qələbə  Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü və xalqın birliyi sayəsində mümkün olmuşdur. O, şagirdlərə müraciət edərək onların vətənə layiqli övlad kimi yetişmələrinin vacibliyini vurğulamış, hər bir şagirdin təhsilli, savadlı və milli ruhda böyüməsinin ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

   Görüş zamanı şagirdlər tərəfindən ünvanlanan çoxsaylı suallar cavablandırılmışdır. Uşaqlar əsasən müharibə dövründə yaşanan çətinliklər, döyüş yoldaşlığı, vətən sevgisi və hərbi xidmətlə bağlı maraqlı məqamlar barədə suallar vermişlər.

  Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlərin keçirilməsi şagirdlər arasında vətənə sevgi hissinin gücləndirilməsinə, onların milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmasına və ölkəmizin qəhrəmanlıq tarixinin gələcək nəsillərə aşılanmasına mühüm töhfə verir.

 

Keçidlər