Şriftin ölçüsü :

Saytın rəngi :

18.11.2025-ci il tarixdə Qobustan rayonu Nabur kəndində Vətən müharibəsi Şəhidi Mayılov Murad Gülümxan oğlunun anım günü tədbiri keçirilmişdir.

19 noyabr 2025 | 17:06

18.11.2025-ci il tarixdə Qobustan rayonu Nabur kəndində Vətən müharibəsi Şəhidi Mayılov Murad Gülümxan oğlunun anım günü tədbiri keçirilmişdir.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirdamət Bağıyev, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, hüquq mühafizə orqanlarının rəhbərləri, aparat əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və Nabur kənd sakinləri iştirak etmişdir.

Tədbir iştirakçıları  Şəhidin məzarı önünə gül dəstələri qoymuşdur.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirdamət Bağıyev  çıxış edərək  Vətən Müharibəsində qazanılan tarixi zəfərin önəmini qeyd etmişdir.

Keçidlər