19.09.2025 - ci il tarixdə Qobustan rayonunun Çalov kəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Vüsal Şəhriyarovun il mərasimi keçirilmişdir.
19.09.2025 - ci il tarixdə Qobustan rayonunun Çalov kəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Vüsal Şəhriyarovun il mərasimi keçirilmişdir. Mərasimdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, hüquq mühafizə orqanlarının rəhbərləri, aparat əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və Çalov kənd sakinləri iştirak etmişdir.
İlk öncə şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunmuşdur. Daha sonra Şəhid bulağının qarşısında tədbir keçirilmişdir.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov şəhidimiz Vüsal Şəhriyarovun doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləmişdir. O, bildirmişdir ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Şəhid Şəhriyarov Vüsal Təbiyyət oğlu, 11.12.2001-ci ildə Qobustan rayon Çalov kəndində anadan olmuşdur. 2008-ci ildə Yaşar Sadıqov adına Çalov kənd ümumi orta məktəbinə getmişdir. 2010-cu il yanvar ayında təhsilini donduraraq A.O.Çernyoviski adına Qobustan şəhər 1 saylı tam orta məktəbə getmiş, 2019-cu ildə məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Respublikasının N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2020-ci il Tovuz döyüşləri və 44 günlik Vətən Müharibəsində artilleriya bölməsində xidmət etmişdir. Kəlbəcərin alınmasına görə medalı ilə təltif edilmişdir. 2020-ci ildə hərbi xidməti bitirərək ehtiyata buraxılmışdır. Şəhidimiz Şəhriyarov Vüsal Təbiyyət oğlu uşaq yaşlarından hərbiyə maraq saldığına görə yenidən 2023-cü ilin fevral ayının 18-də komando hazırlıq kursuna daxil olmuşdur. 19.09.2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur.
Allah rəhmət eləsin!






