Şriftin ölçüsü :

Saytın rəngi :

06 sentyabr 2017–cı il tarixdə Qobustan rayon Gənclər Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.

07 sentyabr 2017 | 16:00

6 sentyabr 2017-cı il tarixdə Qobustan rayon Gənclər Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi. Konfransda 207 nəfər nümayəndə, Təhsil Nazirliyinin məsul əməkdaşı Təhsil İnstitutunun şöbə müdiri Bibixanım İbadova , Qobustan RİH başçısı Adil Məmmədov, 3 saylı ƏMHM-nin rəisi Elxan Cavadov, idarə, müəssisə rəhbərləri və icitimaiyyətin nümayəndələri iştirak edirdilər.    
       Qobustan RTŞ-nin müdiri Füzuli Gülalıyev “2016-2017-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Sonra məruzə ətrafında müzakirələr aparıldı. Müzakirələrdə Sündü kənd tam orta məktəbinin direktoru Z.Məlikov, şəhər 1 saylı tam orta məktəbin direktoru İ.Sabirov, Çuxanlı kənd tam orta məktəbinin direktoru Ə.Eyyubov, Çalov kənd ümumi orta məktəbinin direktoru N.Alcanov, şəhər 3 saylı tam orta məktəbinin müəllimi M.Səlimov iştirak etdilər.
        Təhsil Nazirliyinin məsul əməkdaşı Bibixanım İbadova Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun adından rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
       RİH başçısı cənab Adil Məmmədov rayonda yeni inşa edilən məktəblər haqqında danışdı. Təhsil sahəsində müəllimlərin və ictimaiyyətin qarşısında duran vəzifələrdən. müəllim əməyinin ucalığından söhbət açdı. A.Məmmədov qeyd etdi ki, kənarda heç bir uşaq qalmamalıdır. Ali və orta ixtisas məktəblərinə qəbul olmayan uşaqlar isə müxtəlif peşələrə  yiyələnməlidirlər. Rayonumuzda müxtəlif peşələrə tələbat vardır.
       Çıxışlardan sonra 21 nəfərdən ibarət Təhsil Şurasının tərkibi təsdiq olundu. Qərar layihəsi oxundu. Konfrans iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlandı.
       Sonda qəbul imtahanında 550-dən yüksək bal  toplayaraq ali məktəblərə qəbul olan məzunlar və öz işində fərqlənən müəllimlərə fəxri fərman və mükafatlar təqdim olundu.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər